O Nərgizdir!

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, o, gənc yaşında yoluxduğu ağır xəstəlikdən xeyli müddətdir müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc, gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu.
Muxalifet.az satirik şair Mirzə Sakitin vaxtilə Nərgiz Yaqublu haqda yazdığı şeiri dərc edir:
Qürurlanıb deyəcəm ki, Liderimiz əvəzsizdir, O Nərgizdir.
Bir bayrağin kölgəsində milyonlara - Qalxın- deyən
Buxovlanmış Xalqa bu gün hökm edənə, hökm eləyən
Həqiqətdən, haqdan doğan gur səsiylə nur ciləyən,
Dalğaları şahə qalxan, uğultulu bir dənizdir
O Nərgizdir
Mətinliklə addimlayır günəşli bir kainata
Sol tərəfdə arkadaşı, sağ tərəfdə məğrur ata
Yuz illiyin paklığıyla imza atib Müsavata,
O imzadan sevə-sevə nur götürən nur bənizdir
O Nərgizdir
Onun səsi gələn gündən biz də bir az ucalmışıq
Onunla bir siradayıq, demirəm ki, qocalmışıq
Sözümüzlə, izimizlə duşmənlərdən öc almışıq
Yol axtardiq iz axtardiq, düşmək üçün o ,bir izdir
O Nergizdir
Harayında Inqilaba yol göstərən üsyan səsi
Baxışında həsrət dolu Azadlığın salnaməsi
Meydanlarda hayqıraraq yatanlara Qalx! deməsi,
Atillaya, Babur şaha, Gürqan xana o ekizdir!
O Nergizdir
Inaniram - Bir səsinə səs verəcək milyon ərən,
Cəsarətli addımıyla Liderlərə yol göstərən
Yad ellərdə soruşsalar Lideriniz kimdi görən,
Qürurlanıb deyəcəm ki, Liderimiz əvəzsizdir,
O Nərgizdir.