Nyu-Yorkun mərkəzində atışma olub, 6 nəfər ölüb, 15 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident məktəbin yaxınlığında baş verib. Məlumata görə, yük maşını izdihama çırpılıb, daha sonra sürücü avtomobildən yerə düşərək polis əməkdaşlarına atəş açıb. 
 
NBC telekanalının son məlumatına görə, atışma nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Bundan əvvəl 4 nəfərin öldüyü bildirilmişdi.
 
Cinayətkarın polis tərəfindən yaralanaraq saxlanıldığı qeyd olunur.