“Nyu-York Times” qəzetindən fövqəladə Vəliəhd Şahzadə Salman qərarı!

Baxış sayı:
3424

ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times” (NYT), son dövrdə Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın aqibəti barəsində tənqidlərin hədəfi olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsində keçiriləcək “Gələcəyə Sərmayə Təşəbbüsü” adlı konfransdan sponsorluğunu çəkdiyini açıqlayıb.
 
“NYT” sözçülərindən Eileen Mörfi, etdiyi açıqlamada, qəzetin şahzadə Məhəmmədin himayəsində 23-25 oktyabrda Ər-Riyadda keçiriləcək konfransdan media sponsorluğunu çəkdiyini bildirib.
Sözügedən konfransın digər sponsorları arasında Bloomberg, CNBC, CNN kimi digər Amerikalı mətbuat orqanları var.
Müxalifət.az