Nurçuların qəzeti AKP-ni qarpıza bənzətdi
3-05-2015 14:19

Nurçulara məxsus “Yeni Asya” qəzeti bugünkü manşetində AKP-nin Gülən Camaatına yönəlik əməliyyatlarına aydınlıq gətirib.
Muxalifet.az xəbər verir ki, Fətullah Gülənə yaxınlığı ilə tanınan qəzetin ön səhifəsində "Üzü yaşıl, içi qırmızı " mesajının yer aldığı bir karikatura dərc olunub. Bununla AKP-nin mühafizəkar kimi görünüb, əslində isə mühafizəkar olmadığı iddia olunur.
Sözügedən xəbərdə Gülənə yaxın polislərin, işadamlarının və media orqanlarının hədəfə alınması sərt şəkildə qınanır.
Muxalifet.az