Yusif Ağayev əməliyyat olundu
31-01-2019 17:22
Baxış sayı:
6958

Tanınmış radio və televiziya aparıcısı Yusif Ağayev əməliyyat olunub. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib. Aparıcı iki gün əvvəl gecə saatlarında həmkarı İlhamə Bədəlova tərəfindən xəstəxanaya gətirildiyini bildirib. Y.Ağayev xəstəxanadan görüntülərini paylaşaraq öd kisəsinə toplanan daşlardan xilas olduğunu qeyd edib.