"AXCP funksionerləri Novxanıda ictimai asayişi pozmağa cəhd ediblər" - POLİSDƏN AÇIQLAMA
31-01-2019 17:14
Baxış sayı:
7018

Bu gün əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 – ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd etmişlər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.