Zaxarova Qarabağ danışıqlarından söz açdı

Baxış sayı:
6355

Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır. Bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib. M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib: “Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması – red.) mövqeyimiz dəyişilməz olaraq qalıb”, - deyə Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçi funksiyasını dürüst və keyfiyyətli şəkildə aparır: “Biz son zamanlar Bakı ilə Yerevan arasında baş tutan siyasi təmasları alqışlayırıq. Tərəflərin bununla bağlı verdikləri konstruktiv qiymətləndirmədən xəbərimiz var. Hesab edirik ki, bu, irəliləyiş üçün düzgün yoldur”.