Snayper dəhşəti: 1 ölü, 6 yaralı

Baxış sayı:
5653

 Fransanın Korsika adasındakı Bastia şəhərində 2 nəfəri girov götürən bir adam, küçədə olanların üzərinə snayper tüfəngilə atəş açıb. Polisin müdaxilə etdiyi hadisədə 1 nəfər həyatını itirərkən, təcavüzkarla bərabər 6 nəfər yaralanıb.
 
İki nəfəri girov alan adam 70 yaşında ahıl bir şəxs olub. Polisin hadisə yerinə gəlməsindən sonra 2 nəfəri girov götürən təcavüzkar 1 nəfəri öldürüb, 5 nəfəri isə yaralayıb. Polisin binanın ətrafını mühasirəyə aldığı, təcavüzkarın isə yaralı olduğu bildirilib.
Yerli mətbuat təcavüzkarın məhkum olduğunu iddia edib.
Müxalifət.az