Səməd Seyidov yenidən vitse-prezident seçildi

Baxış sayı:
10051

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev Report-a bildrib ki, eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-perzidebti seçilib.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.
Lilyan Mori Paskye AŞPA-nın daimi prezidenti seçilib.
Xatırladaq ki, qış sessiyası yanvarın 25-ə kimi davam edəcək./Axar.az