Terrorçudan etiraf: “Orada Allahın adını anmaq qadağandır”

Terror təşkilatı PKK-ya qoşulduqlarından bir il sonra təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu R.K, "Təşkilatın ümumi olaraq gördüyü ilk şey üzvlərini dinindən uzaqlaşdırmaq olur" deyib.
Hərəkətlərində məscid və ibadət yerlərini hədəf almaqdan çəkinməyən əli qanlı terror təşkilatı PKK-nın dini necə istismar etdiyi və necə din düşmənçiliyi etdiyi təslim olan terrorçunun açıqlamalarında əks olunub.
Terror təşkilatına qoşulduqdan bir il sonra peşman olub, təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu R.K, təşkilatın din düşmənçiliyini, əlil bir təşkilat üzvünə verdiyi əziyyəti, təşkilat içi edamları və yaşadıqlarını Anadolu Agentliyinə söyləyib.
“Dağda qalmasan ailənə zərər verərik" təhdidi
Terrorçu R.K, kəndlərə gedərək təbliğat aparan terror təşkilatı mənsublarının xalqı təhdid etdiyini, "özünüidarə qurulacaq" şəklindəki təbliğatlar ilə insanları aldatdığını deyib.
Terrorçuların kəndliləri təhdid etmələri ilə yanaşı, uşaqlarını da dağa aparmaq üçün təzyiqi etdiyini izah edən R.K, belə söyləyib:
“Xalqı zorladılar, sonra da kiçik qardaşımı aparmaq təhdidi ilə böyük qardaşımı apardılar. Qardaşım onlarla getdi. Aradan bir il keçəndən sonra yenidən kəndə gəldilər. Qardaşımı görmək istədiyimi dedim onlara, onlar da “əgər qardaşını görmək istəyirsənsə, gəl bizimlə, bir həftə qal, sonra evinə qayıdarsan” dedilər. Onlara evə qayıtmaq istədiyimi deyəndə isə “mənə get, dövlət səni öldürər, işgəncə edər” - dedilər. Bir müddət sonra onlara yenə evə qayıtmaq istədiyimi dedim, bu dəfə də ailəmlə təhdid olundum. “Burada qalmasan ailəndən sevdiklərinə zərər verərik” dedilər. Təşkilata qoşulmağım bu şəkildə oldu. Məni aldatdılar, qardaşımı göstərmədilər".
Döyüşlərdə evlərinə qayıtmaq istəyənləri irəli sürürlər
Təşkilat içərisində rəhbərliyin ən yaxşı şəkildə yaşadığını və hər hansı bir iş görmədiyini bildirən R.K, belə davam edib:
“Təşkilat rəhbərləri qarşıdurma mühiti olanda təcrübəsiz olanları, qərarsız olub, evlərinə qayıtmaq istəyənləri irəli sürürlər. Rəhbərlikdəki insanlar həmişə sözünü keçirir və əmr verdikdə qeyd-şərtsiz yerinə yetirilməsi lazımdır. Təşkilat içərisində sözdə “qadın azaddır, öz özünü təmsil edə bilər” şəklində yalan uydurulur, ancaq gerçək də bu belə deyil. Qadınlara qarşı azadlıq adı altında sözlər deyilsə də, qadın təşkilat içində əzildiyi qədər başqa heç bir yerdə əzilmir. Həyat şəraiti olsun, edilən təzyiq və təhqirlər olsun, qadınlar həmişə bunlara məruz qalır".
Terror təşkilatının sözdə başçılarının şübhələndikləri şəxsləri edam etdiyini bildirən R.K, bəzilərinin isə terror təşkilatının İraqın şimalındakı düşərgələrinə göndərilərək həbs olunduğunu bildirib.
Terrorçu R.K, təşkilatda silah daşımağı belə bilməyən 13-14 yaşında uşaqların olduğuna işarə edərək, "O uşaqları orada saxlamaq üçün onlara “sizi komandir edəcəyik, sizdən çox şey gözləyirik” deyərək aldadırdılar. Bir ilə qədər onları bu şəkildə yanlarında saxlayır, sonra da başqalarına göstərilən münasibəti göstərirdilər" deyib.
Qarın, yağışın altında daim çöldə və yerdə
R.K, Avropadan təşkilata gələnlərin olduğunu və daim rəhbərliklə görüşdüyünü ifadə edərək, gizli aparılan bu danışıqların aşağıdakılara bildirilmədiyini qeyd edib.
Çox ağır şəraitdə yaşayışlarını davam etdirdiklərinə də toxunan R.K, bunları söyləyib:
“Qarın, yağışın altında daim çöldə və yerdə qalırsan. Ev şəraitindəki yaşayış şəraitləri ilə dağda, bayırda və gizli yaşama şərtləri arasında çox böyük fərqlər var. Yağışda islanırdıq, oçaq qalaya bilmədiyimiz üçün eləcə yaş paltarla yatırdıq. Kilometrlərlə uzaqdan ərzaq gəlirdi, kiloqramlarla ağırlığında olan ərzaqları təpələri aşaraq daşımaq məcburiyyətində idik. Yüksək səviyyəli rəhbərlər təlimlərə iştirak etməzlər, yatarlar, heç vaxt növbə tutmurlar, heç bir zaman bir tapşırığı yerinə yetirməzlər. Onlar sadəcə göstəriş verirlər, digərləri də edər. Bütün ehtiyacları da yanındakılar tərəfindən qarşılanır. Bərabərlik, komunal həyat deyirlər, amma bu ifadələr həqiqəti əks etdirmir. Rəhbərlik hər zaman yüksəkdə tutulur. Bir münaqişə başlayanda rəhbərlər yanlarındakı yaxşı öyrədilmiş təşkilat mənsubları ilə dərhal təhlükəsiz bölgələrə gedir, digərləri ölümə tərk edilirdi".
Təşkilatda Allahın adını belə xatırlamaq qadağandır
Təşkilat üzvlərinə söylənən ilk sözlərin dinlə əlaqəli olduğuna diqqəti çəkən R.K, onlara daim “Müsəlmanlıq bizim dinimiz deyil" deyildiyini, Həzrəti Peyğəmbərə təhqir və küfr edildiyini söyləyib.
R.K, bunları söyləyib:
“Təşkilatda biz Zərdüştük, kürdlər Zərdüştlükdən gəlir, deyirdilər. Peyğəmbərlərə təhqir və küfr edilirdi. Bu bəzilərinin xoşuna gəlmirdi. Təşkilatın ümumi olaraq gördüyü ilk şey üzvlərini dinindən uzaqlaşdırmaq olur. Həzrəti Məhəmməd üçün çox şey deyirlər. Təşkilatın yüksək səviyyəli rəhbərlərindən Həzrəti Məhəmməd ilə bağlı söylənən bir çox təhqir eşitdim, söylənənləri qəbul etmədiyim üçün mənə “dindar” deyirdilər. Allaha da bir çox təhqir edilir. İbadətə dair heç bir şey yoxdur. Dinə dair hər hansı bir ibadəti edilməsi, Allahın adını belə xatırlamaq qadağandır. Zərdüştlük dinindən bəhs edilir, amma Zərdüştliüə dair də hər hansı bir iş görülmürdü. Ora getdinsə, dini, imanı buraxmaq məcburiyyətindəsən. Allahı və Peyğəmbəri təhqir mahiyyətli adlarla adlandırırdılar".
R.K, təşkilatda qadın üçün şərtlərin çox ağır olduğunu vurğulayaraq bəzən dayanmadan, dincəlmədən günlərlə yol getdiklərini bildirib.
R.K, təşkilata qatılan qızlardan bəzisinin ailə daxilində zorakılığa və ya təcavüzə məruz qaldığını bildirərək məktəblərdə təşkilatın təbliğatına məruz qalıb, gətirilənlərin də olduğunu söyləyib.
Kişilərin bir çoxunun əsgərdən qaçmaq, borclarından xilas olmaq və narkoman olduğu üçün qaçıb təşkilata qoşulduğuna diqqəti çəkən R.K, "Mən şüurlu siyasi seçim olaraq dağa gələni heç eşitmədim, hamı bir boşluqdan dolayı qaçıb gələnlər idi. Dağa gəldiklərində isə mühitin, qoyub gəldikləri həyatdan daha pis olduğunu görüb, peşman olurlar" deyə etiraf edib.
Təslim olduqda təhlükəsizlik qüvvələrinin onunla çox yaxşı davrandıqlarını söyləyən R.K, gənclərin dağa çıxmağı bir qurtuluş kimi deyil, həyatlarının bitməsi olaraq görmələrini istəyib.
Müxalifət.az




















