ABŞ Konqres üzvendən “Əsəd” açıqlaması: “Peşman deyiləm”

Baxış sayı:
7915

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və 2020 prezident seçkiləri üçün namizədliyini açıqlayan Demokrat Tuluğu Gabbard, 2017-ci ildə Bəşşar Əsəd ilə Suriyada keçirdiyi görüşdən dolayı peşman olmadığını bildirib.
 
 Amerikanın CNN kanalında yayımlanan "Birliyin vəziyyəti" proqramına qatılan Gabbard, prezident namizədliyi ilə bağlı suallara cavab verib.
 
Bunu etməliyik
 
 Programda, 2017-ci ildə Əsəd ilə Suriyada keçirdiyi görüşə istinad edilən Gabbard, “Bu ölkədəki hər hansı bir liderin, dost və ya düşmən olsun, digər ölkə rəhbərləri ilə görüşməyə hazır olması mühümdür. Əgər sülh və ölkəmizi ciddi qorumaq istəyiriksə, bunu etməliyik" deyib.
 
“Görüşməyə təşviq edirəm"
 
 Əsəd və bənzəri diktatorlarla görüşməməyin yeganə alternativinin daha çox müharibə olduğunu deyən Gabbard, "Prezident Trampı məhz bu səbəbdən Şimali Koreya lideri Kim Jong ilə görüşməyə dəvət edirəm, çünki orada söhbət predmeti olacaq mövzunun fərqindəyəm” deyə söyləyib.
Qeyd edək ki, yanvarın əvvəlində 2020 prezident seçkiləri üçün Demokrat Partiyasından namizədliyini açıqlayan Gabbard, xüsusən Əsəd ilə keçirdiyi görüş münasibətilə ictimaiyyət tərəfindən intensiv tənqid olunmuşdu.
ABŞ Nümayəndələr Palatasının üzvü Gabbard 2017-ci ilin yanvar ayında Suriyaya dörd günlük gizli səfər etmiş və bu səfərdə Əsəd ilə görüşmüşdü. ABŞ-da Əsəd ilə görüşməsi mübahisələrə səbəb olan Gabbard, məqsədinin "mövcud vəziyyəti dərk etmək" olduğunu ifadə etmişdi.
Müxalifət.az