Qorxmaz Hüseynov yenə “qara siyahı”da

«Azərsu» vergi borcunu niyə ödəyə bilmir?
Vergilər Nazirliyi vergi borcunu ödəməyən 445 vergi ödəyicisinin adını açıqlayıb. Vergi borcunu ödəməyənlər arasında “Bakı Dəniz Balıq Limanı” ASC, Xətai rayon Icra Hakimiyyəti başçısı yanında Mənzil Kommunal Təsərrüfat Birliyi, “Telemexanika zavodu” MMC, Sabunçu rayonu Sabunçu Bələdiyyəsi, “Bakı-Istilik-Izolasiya” ATSC, “Xətai Tikinti Mexanizasiya” ASC, “Bakı Şərab-2" ASC kimi müəssisələrin adları yer alıb. Bu siyahıya bir çox rayonların mənzil kommunal idarələri, kanalizasiya idarələri, bələdiyyələr də daxildir.
“Azərsu”nun adı Vergilər Nazirliyinin vergi borcunu ödəməyən qurumlarla bağlı bundan əvvəlki açıqlamasında da yer almışdı. O zaman belə məlumat yayılmışdı ki, siyahıda adı olan dövlət şirkətlərinin rəhbərliyi işini itiri bilər. Bu sırada xüsusilə “Azərsu”nun adı çəkilirdi. Bildirilirdi ki, vergi borcunun yaranması Qorxmaz Hüseynovun yarıtmaz idarəçiliyi ilə əlaqələndirilir. “Azərsu”nun adının ikinci dəfə qabardılması bu ehtimalları artırır. Yeri gəlmişkən, Hesablama Palatasının hesabatında “Azərsu” ilə bağlı ciddi faktlar yer alıb. Ona görə güman etmək olar ki, yaxın vaxtlarda Qorxmaz Hüseynov vəzifəsinə əlvida deməli olacaq.