Ərdoğan və Tramp razılığa gəldi: Qarşıdakı dönəmdə...
1-11-2018 20:51
Baxış sayı:
11488

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, danışıq zamanı ikitərəfli əlaqələr, Suriyadakı proseslər, o cümlədən Menbiç və İdlibin durumu ilə bağlı müzakirələr aparılıb.
Digər tərəfdən liderlər ABŞ və Türkiyə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlik konstruktiv addımların atılması ilə bağlı razılığa gəlib.
Həmçinin, Ərdoğan və Tramp regional məsələlər barədə də qarşıdakı dönəmdə yaxın təmasda olmaları yönündə qərarlaşıblar.
Bundan əlavə, türk lider ABŞ-da sinaqoda törədilən terakt səbəbindən həmkarına başsağlığı verib.




















