Neymarın cangüdəni nokauta düşdü - VİDEO

Baxış sayı:
8935

Fransanın PSJ komandasının futbolçusu Neymarın cangüdəni Nordin Taleb nokautla uduzub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, 37 yaşlı idmançı UFC “Fight Night 138” yarışı çərçivəsində keçirdiyi döyüşdə britaniyalı Şon Striklendə məğlub olub. Rəqibin yerdə ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. Talebin görüşü davam etdirmək tələbi qəbul olunmayıb və nokaut qeydə alınıb.
“Bəli, rəqib məni yaxaladı. Amma mən vəziyyətdən çıxa biləcəkdim və hesab edirəm ki, döyüş lazım olan vaxtdan tez dayandırıldı. Təslim olmamışdım, döyüşü davam etməyə hazır idim. Başqa döyüşçülərin oxşar vəziyyətlərdə olduqlarını görmüşük, lakin onların görüşləri dayandırılmayıb. Peşəkar döyüşlər üçün peşəkar hakimlər lazımdır”, - Taleb “Twitter” hesabında yazıb.
Qeyd edək ki, Neymar Nordin Talebi avqustda özünə cangüdən götürüb. Lakin həmin vaxtdan UFC-də iki döyüşdə uduzan fransalı idmançının karyerasının başa çatma ehtimalı var.