“Fəratın şərqinə top atışları ABŞ-a bir mesaj idi” – Ərdoğanın müşaviri

Baxış sayı:
8623

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik, "İndi növbə Fəratın şərqinə çatıb" başlığı ilə dərc olunan yazısında "Fərat çayının şərq sahilində yerləşən və Türkiyə sərhədinə hakim yüksəkliklərə malik olan Zor Mağar bölgəsindəki terror təşkilatı fəaliyyətlərinə əngəl olma çərçivəsində top atışları həyata keçirilib. TSQ, Zor Mağar yüksəkliyində terror təşkilatı tərəfindən inşa edilən səngər və mövqeləri hədəf aldı" deyib.
 
ABŞ-a DOSTCA BİR MESAJ İDİ
 
“Bu, bir xəbərdarlıq idi. Hətta Münbiçdə ayaq sürüyən və səngərlər qazan YPG/PYD/PKK ünsürlərinin şəhəri tərk etməsi üçün onları zorlamayan ABŞ-a da dostcasına bir mesaj idi" deyə qeyd edən Çevik, belə davam edib:
“PKK, Fəratın şərqində Suriyanın ərazi bütövlüyünü təhdid edən davranışlar həyata keçirir və ABŞ bunlara göz yumur. Bundan Rusiya və İran da narahatdır. Türkiyə bu mesajları Afrində də verdi və vacibliyini söylədi. İndi artıq gözlər Münbiç və Fəratın şərqindədir."
 
İLK ƏMƏLİYYAT
 
Prezident Ərdoğanın uzun zamandan bəri işarə etdiyi və “darmadağın edəcəyik” - dediyi, Fəratın şərqinə ilk əməliyyat ötən bazar günü həyata keçirildi.
Suriyanın şimalında, Hələbin Eyn Əl Arab rayonunun qərbində yerləşən Zor Mağar bölgəsindəki terror təşkilatı YPG/PKK-ya aid mövqelər TSQ tərəfindən bombalanıb.
Yerli mənbələrin dediklərinə görə, TSQ, Zor Mağar yüksəkliyində terror təşkilatı tərəfindən inşa edilən səngər və mövqeləri hədəf alıb.
Müxalifət.az