Türkiyə Səudiyyənin baş prokuroruna RƏDD CAVABI VERDİ

Baxış sayı:
8272

Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud Muceb müxalifətçi jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluqdakı qətli ilə əlaqədar Türkiyəyə gəlib. O, burada İstanbul şəhərinin baş prokuroru İrfan Fidan ilə görüşüb. Səudiyyəli prokurorun ilk işi türk orqan əməkdaşlarının edamla bağlı topladıqları – ifadə, videolent, telefon qeydləri də daxil olmaqla, bütün dəlilləri istəmək olub. Lakin türk tərəfi bu tələbi rədd edib və edam qrupunun Türkiyəyə təhvil verilməsini tələb edib. Muceb mühakimənin Səudiyyə Ərəbistanında keçirilməsində israr edib.

“Edam qrupunu bizə verin”

İstanbulun baş prokuroru İrfan Fidan səudiyyəli baş prokurora bildirib ki, edam hadisəsi Türkiyədə baş verdiyi üçün həmin cinayətkar qrupun heyətindəki 18 nəfər Türkiyədə mühakimə edilməlidir. Muceb isə bu suala müsbət cavab verməyib, türk heyətinə Səudiyyə Ərəbistanında dürüst mühakimə prosesinin aparılacağını söyləyib və türk heyətinin də istədiyi halda, Səudiyyə Ərəbistanına gələrək mühakimə prosesində iştirak edə biləcəyini deyib.

İşçilərin ifadələr paylaşılıb

İrfan Fidanın rəhbəri olduğu heyət sənədlərin hamısını vermək təklifini müsbət qarşılamayıb. Səudiyyəli baş prokurorla sadəcə istintaq çərçivəsində konsulluq işçilərinin verdikləri ifadələr paylaşılıb. Hadisə yerindəki axtarışın nəticələri verilməyib. 1 saat 15 dəqiqə çəkən görüşdən sonra Muceb və onunla gələn heyət Səudiyyə Ərəbistanının baş konsulluğuna yola düşüb.

Əsas şəxs odur

Səudiyyə Ərəbistanının baş prokuroru Səud Museb İstanbula gəlib cinayəti törətdikdən sonra yenidən Səudiyyə Ərəbistanına qayıtmış 18 nəfərlik edam qrupunun həbs edilmələrinə göstəriş verən baş prokurordur. 18 nəfərlik edam qrupunun istintaqını aparan baş prokuror bu cinayət işinin təhqiqatı ilə məşğul olan əsas şəxsdir.