Muxtar Babayev idarə rəisini işdən çıxarıb – Vəzifənin icrasını müavininə tapşırıb
30-10-2018 11:27
Baxış sayı:
7471

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov tutduğu vəzifədən azad edilib.
Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.