Amerikalı zabit açıqladı: Türk və ABŞ əsgərləri hazırdır

Baxış sayı:
7621

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü mayor Sean Robertson, Türk və Amerikan əsgərlərinin Münbiç regionunda birgə patrul xidməti üçün təlim və hazırlıqların tamamlandığını bəyan edib.
 
Robertson, "Münbiç rayonunun kənarındakı birgə patrul xidməti üçün İki qüvvə yerlərini tutublar" deyib.
Robertson, vəzifə hazırlıqları çərçivəsində Türk-Amerika qüvvələrinin birgə əməliyyat aparmaq məsələsində qabiliyyətlərinin sinxronizə edildiyini, ortaq taktika əməliyyatlarında çalışma və təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Robertson, birgə patrul xidmətində iştirak edəcək qüvvələrə silah təlimləri ilə yanaşı, ünsiyyət qurmaq, əl istehsalı partlayıcı prosedurları və dispetçer məntəqələrini sabitləşdirmək, o cümlədən bir çox təlimin verildiyini dilə gətirib.
Adının açıqlanmasını istəməyən bir Pentaqon rəsmisi isə birgə patrulların "bir iki gün içində" və ya "bir həftədən az bir müddət ərzində" başlayacağını deyib.
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında Münbiç məsələsində iyun ayında razılıq əldə olunmuşdu.
Müxalifət.az