Fabreqas: ""Arsenal" həmişə mənim qəlbimdə qalacaq"
29-10-2018 17:52
Baxış sayı:
5233

İngiltərənin "Çelsi" klubunun ispaniyalı futbolçusu Sesk Fabreqas sabiq komandası "Arsenal" barədə xoş sözlər deyib.
Muxalifet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Arsenal"ı heç vaxt unutmadığını bildirib: "Arsenal" həmişə mənim qəlbimdə qalacaq. O klubu heç vaxt unutmayacağam. Heç kim gələcəkdə nələrin baş verəcəyini bilmir. Bəlkə də karyeramı "Arsenal"da bitirdim. Hazırda özümü yaxşı hiss edirəm. Bu mənim peşəkar səviyyədə keçirdiyim 16-cı mövsümdür. 750-dən çox oyun keçirmişəm. Əlbəttə ki, əvvəlki kimi bir mövsümdə 60 oyun keçirə bilmirəm, amma bacardığım qədər komandama kömək etməyə çalışıram".
Qeyd edək ki, Fabreqas 2003-2011-ci illər ərzində "Arsenal" klubunun formasını geyinib.