İngilis səfirdən ŞOK AÇIQLAMA: “15 iyul dövlət çevrilişini FETÖ ETDİ”

Türkiyə Respublikasının 100-ci ildönümündə qeyd olunacaq daha çox şey olacağını vurğulayan İngilis səfir Çilcott, "15 İyul Türk demokratiyasına zərbə endirmək cəhdidir. Dövlət çevrilişinin FETÖ tərəfindən həyata keçirildiyi barədə bir şübhəmiz yoxdur" deyib.
Birləşmiş Krallığın səfiri Dominick Çilcott, Türkiyə Cümhuriyyətinin 95-ci ildönümündə, “Sabah” qəzetinə Ankaranın strateji əhəmiyyətini vurğulayan xüsusi bir müsahibə verib. Səfir Çilcott, iki ölkə əlaqələri, 15 iyul dövlət çevrilişi cəhdi, FETÖ, terror təşkilatı YPG, Kuşak-Yol Layihəsi, birgə döyüş təyyarəsi istehsalı məsələlərinə münasibət bildirib:
TÜRKİYƏ-BİRLƏŞMİŞ KRALLIQ ƏLAQƏLƏRİ
“Birləşmiş Krallıq olaraq Türkiyə ilə güclü bir əlaqəyə ehtiyacımız var. Türkiyə dünyanın mürəkkəb və qeyri-sabit bölgəsində yerləşir. Güclü, sabit, iqtisadi olaraq uğurlu, firavan və demokratik Türkiyəni dəstəkləyirik. Türkiyənin sabitliyi, bizim və digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Qeyri-sabitlikdən qaynaqlanan bir çox məsələdə (nizamsız miqrasiyanın idarə olunmasə, mütəşəkkil cinayətkarlıq, terrorizm kimi) Türkiyənin əməkdaşlığına ehtiyacımız var.
RESPUBLİKA MESAJI
Türkiyə Respulikası, 95-ci ilini bayram edir. 1980-cı illərdə Türkiyədə olmuş biri kimi, son dövrdə baş verən inkişafa heyranlığımı qeyd etməliyəm. Türkiyə Respublikasının 100-ci ildönümü gələndə qeyd olunacaq çox şey olacaq. Türkiyəyə illər sonra gələrkən, “nə qədər böyük bir ölkə halına çevrilib” deyə çarpılacaqsınız.
15 İYUL VƏ FETÖ-ya BAXIŞ
15 iyulu Türk demokratiyasına zərbə endirmə təşəbbüsü və böyük bir təhdid olaraq gördük, ilk gündən bəri pislədik. Ser Alan Düncan, çevrilişdən üç gün sonra bir həmrəylik ifadəsi olaraq Türkiyəyə gəldi.Çevrilişin Gülənistlər / FETÖ tərəfindən həyata keçirildiyi və bunun dövlətə sızmaq üçün uzunmüddətli bir planın parçası olduğu məsələsində şübhəmiz yoxdur. Bu təşkilat, Türkiyə xaricindəki insanların anlamaqda çətinlik çəkdiyi qəddar bir təşkilatdır. İngiltərə, Türkiyəyə yardım etmək və bu şəxslərin ədalətin önünə çıxmasını təmin etmək üçün dəstəyə hazırdır.
YPG VƏ TÜRKİYƏNİN REAKSİYASI
Türk hökumətinin, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə YPG-yə dəstək verməyimizi istəmədiyini bilirik. Ancaq reallıq odur ki, İŞİD-la mübarizəyə başlayanda öz qüvvələrimizi sahəyə sürmək əvəzinə, yerli qüvvələrin, geniş ölçüdə Suriya Demokratik Qüvvələrinin istifadə edilməsi ən yaxşı variant kimi qiymətləndirilib. YPG və PKK arasında çox yaxın bir əlaqənin olduğu çox açıqdır, ancaq İŞİD-la mübarizə qurtarana qədər bu bu alətdən istifadə davam edəcək. Türkiyənin də bu vəziyyətdən xoşu gəlməyəcək.
CAMAL QAŞIQÇI CİNAYƏTİ
Həqiqətən şok edici bir hadisədir. Səudiyyə hökuməti, Qaşıqçı-nın konsulluqda öldürüldüyünü qəbul edib. Türkiyənin, Qaşıqçı-ya əvvəlindən bəri nə olduğu barəsindəki fikirlərinin doğruluğu ortaya çıxdı. Türkiyə, bu işi çox yaxşı idarə etdi. Bundan sonra soruşulan sual Qaşıqçı-nın cəsədinin harada olduğu və vəzifəlilərin ədalətə təslim edilib edilməyəcəyi olmalıdır.”
Müxalifət.az