Rusiya Səudiyyənin yanında yer aldı

Baxış sayı:
4891

Kremlin sözçüsü Dmitri Peskov, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsinin, Rusiya lideri Vladimir Putinin Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin hazırlıqlarına təsir etmədiyini söyləyib.
 
Kremlin sözçüsü Peskov, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın cinayətə qurban getməsinin, Rus lider Putinin planlaşdırılan Səudiyyə Ərəbistanı səfərini nə şəkildə təsir etdiyi istiqamətindəki suala cavab olaraq bu ifadələri işlədib: "Heç bir şəkildə təsir etməyib. Putin  və kral Salman bin Əbdüləziz əl Səud-la telefon danışıqlarından sonra səfər hazırlıqlarının davam etdiyini bildirmişdik".
 
Rusiyadan hər kəsi təəccübləndirən Səudiyyə Ərəbistanı çıxışı!
 
Qeyd edək ki, Səudiyyə ilə 5 milyard dollarlıq bir müqavilə imzalayan Rusiyadan ötən günlərdə maraqlı bir açıqlama gəldi. Kreml sözçüsü Peskov, Səudiyyə kral ailəsinin, jurnalist Qaşıqçı-nın Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi ilə əlaqələri olmadığına dair açıqlamalarından şübhə duymaq üçün bir səbəb görmədiklərini bildirmişdi.
Hansı ki, Rusiya və İsraildən başqa bütün özünə hörmət edən dövlət və beynəlxalq təşkilatlar bunun əksini düşünür və dilə gətirir.
Müxalifət.az