Səudiyyə konsulluğunda qalmaqal: RƏSMİLƏR ARAŞDIRMAYA MANE OLUR

Baxış sayı:
2758

Öldürülən jurnalist Camal Qaşıqçı cinayətinin istintaqı çərçivəsində Səudiyyə Ərəbistanının Konsulluğunun həyətindəki quyuda axtarış aparılmasına Səudiyyə Ərəbistanı icazə verməyib. Quyudan su nümunəsi götürülüb, analizin nəticələri gözlənilir.
 
Camal Qaşıqçı araşdırması ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı Konsulluq binasındakı bağda yerləşən quyuda hadisə yeri araşdırma qrupları araşdırma aparmaq istəyib. Ancaq Səudiyyə Ərəbistanı quyuda axtarışa icazə verməyib. İddiaya görə, Səudiyyə rəsmiləri, quyuya baxılmasına və quyudakı suyun çəkilməsinə qarşı çıxıb. Belə olduğu təqdirdə araşdırma qrupu quyudakı sudan nümunə götürərək analizə göndərib.
Müxalifət.az