Ermənistan prezidentindən sərsəm sözlər: Ərdoğana deyəcəm ki...

Baxış sayı:
2923

İsveçrənin RTS telekanalına müsahibə verən Ermənistan prezidenti Armen Sərkisyan, Ermənistanın Xristianlıqdakı “bağışla” prinsipinə görə Türkiyə ilə dialoqa hazır olduğunu deyib.
 
TÜRKİYƏ ETİRAF ETMƏLİDİR
 
Sarkisyan, Ermənistanın bir gün Türkiyəni bağışlaya biləcəyini, lakin bunun üçün ilk olaraq Türkiyənin peşman olaraq etiraf etməsi lazım olduğunu deyib.
Armen Sarkisyan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ilk qarşılaşmasında belə deyəcəyini bildirib:
“Günaydın, cənab prezident. Məşvərət etməyimiz lazım olan şeylər olduğunu düşünürəm. Sən Türkiyənin prezidentisən, mən də Ermənistanın. Atam, ailəm Bitlis, Van və Ərzurumludur. Niyə öz keçmişimiz haqqında danışmırıq? Gələcək və xalqlarımız haqqında danışmalıyıq. Xristianlıq, bağışlamağı öyrədir."
Müxalifət.az