Amerikalı general: “Çinlə müharibə 15 il sonra başlayacaq”
25-10-2018 13:18
Baxış sayı:
2602

ABŞ ordusunun Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces Çinlə müharibənin 15 il sonra başlayacağını təxmin edib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Polşada Təhlükəsizlik üzrə Varşava Forumunda açıqlamasında deyib.
“ABŞ çox güclü Avropa dəstəyinə ehtiyac duyur. 15 il sonra mən ABŞ-ın Çinlə müharibə vəziyyətində olacağını düşünürəm”.
Hodces ABŞ-ın həm Rusiyaya, həm də Çinə qarşı eyni vaxta mübarizə apata bilməyəcəyini xatırladaraq, Avropanın hərbi xərclərini artırmalı olduğunu təkrarlayıb.