Bakıda qardaş bacısını bıçaqladı - VİDEO
12-10-2018 11:32
Baxış sayı:
1954

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Əfsanə qısqanclıq zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Ə.Əhmədova Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Videonu izləmək üçün şəklə klikləyin: