Çavuşoğlundan kritik “Qaşıqçı” açıqlaması
11-10-2018 17:58
Baxış sayı:
4003

İraqda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda itən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
Xarici işlər naziri Çavuşoğlu, "Baş Prokurorluq intensiv və hərtərəfli istintaq başlayıb. Hüquq-mühafizə və müvafiq orqanlar istintaq aparır. Bu hadisə Səudiyyə Ərəbistanı Baş Konsulluğunda baş verdiyi üçün Səudiyyə Ərəbistanı ilə yaxın əməkdaşlıq şəraitində işləmək istəyirik. Səudiyyə Ərəbistanı bizimlə əməkdaşlıq etməlidir" deyib.
Müxalifət.az