Putinlə Trampın görüş tarixi və yeri bəlli oldu
10-10-2018 21:54
Baxış sayı:
4999

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüş tarixi və yeri bəlli olub.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, liderlər Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər. Görüş Finlandiyada baş tutacaq.
Qeyd edilir ki, görüşün tarixi ilə bağlı danışıqlar gedir. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günüdür.