ABŞ vitse prezidentindən açıqlama: QORXMURUQ, GERİ ÇƏKİLMƏYƏCƏYİK
4-10-2018 15:08
Baxış sayı:
4324
ABŞ-ın vitse-prezidenti Mayk Pens, Hudson İnstitutundakı çıxışında bilavasitə Çini hədəf alaraq sərt açıqlamalar verib.
Mayk Pens, verdiyi açıqlamada Çinin ABŞ prezidenti Trampı müxtəlif yollarla zəiflətməyə çalışdığını bildirirək, "ABŞ-ın daxili siyasətinə müdaxilə etmək üçün daha provokatif və məcburedici yollar istifadə edirlər" deyib.
Cənubi Çin dənizində ABŞ və Çin arasında yaşanan gərginliyə dair isə Pens, "Bizi Cənubi Çin dənizindən çıxarmağa çalışan Çindən qorxmayacağıq və geri addım atmayacağıq" deyib.
Müxalifət.az