UBER-in rəhbəri görüşmək istədi, qəbul etmədim - Ərdoğan
22-06-2018 20:12
Baxış sayı:
5230
UBER-in rəhbəri mənimlə görüşmək istədi, qəbul etmədim.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sariyer mitinqində çıxışı zamanı deyib.
“UBER işi bitdimi? Tək açıqlama ilə bitdi. UBER-in rəhbərini qəbul etmədim. Mən taksi sürücülərimizi alçalda bilmərəm. Sizi xətrinizə dəyə bilməzdim. Sizdən xahişim var: Avtomobilləriniz tər-təmiz olsun. Avtmobillərinizdə siqaret çəkməyin və müştərilərə icazə verməyin!”, - deyə dövlət baçısı bildirib.
Qeyd edək ki, Ərdoğan bundan öncəki açıqlamalarında UBER-in Türkiyədə ləğv ediləcəyini bildirmişdi.