YPG Menbiçdən çıxır – ABŞ rəsmisindən İKİBAŞLI BƏYANAT
22-06-2018 18:07
Baxış sayı:
5002
ABŞ Dövlət Departamentinin mətbuat katibi Hiter Naert Menbiçlə bağlı açıqlama verib.
Muxalifət.az xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-ın YPG terror təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxarılmasına razı olduğunu bildirib.
Naert bununla bağlı Türkiyə və ABŞ arasında anlaşmanın əldə edildiyini də açıqlayıb:
“YPG-nin Menbiçdən çıxmasına razıyıq, amma onun hazırda harada olduğunu deyə bilmərəm”.
Lakin amerikalı rəsmi YPG-nin hansı tarixdə Menbiçdən çıxarılacağı ilə bağlı suala cavab verməyib.