Alman mediasında yayımlanan ƏRDOĞAN ANALİZİ

“Der Spiegel”-də yayımlanan analizdə, Türkiyə prezidenti Ərdoğanın gecə yarısına qədər ofisdə çalışdığına diqqət çəkilib.
İyunun 24-də keçiriləcək seçkilər öncəsi Alman mediasının gözü Türkiyədədir.
Almaniyanın “Der Spiegel” jurnalında Maximilian Popp imzası ilə yayımlanan analizdə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın işgüzarlığı qeyd edilib.
GECƏ YARISINA QƏDƏR OFİSDƏ
Ərdoğanın hökumətin hər cür məsələsinə nəzarət etdiyini yazan analizdə, görülən işlərin gecə yarısına qədər davam etdiyi ifadə edilib.
Yazının davamında, Türkiyədə heç bir siyasətçinin ölkəni Ərdoğan kimi idarə etmədiyi də qeyd olunub.
QEYDLƏRLƏ DOLU DƏFTƏRİ
Həmin yazıdan bir hissə;
“Ərdoğan hələ də dözülməz bir iş proqramına sinə gərir. Ərdoğan nazirləri, bələdiyyə sədrlərini qəbul edir; Nə qədər kiçik olursa, olsun, hökumətin hər cür məsələsinə nəzarət edir. Qeydlərlə dolu bir dəftəri yanında daşıyır. Gecə yarısından əvvəl evə getdiyi nadir hallarda olurr və əməkdaşlarından da o saata qədər ofisdə olmasını istəyir.
Bu adam 15 ildən bəri Türkiyəyə əvvəlcə baş nazir, sonra prezident olaraq daha əvvəl heç bir siyasətçinin rəhbərlik etmədiyi qədər bir müddətdir rəhbərlik edir".
Müxalifət.az