Məscid-i Aksada NAMAZ QILMAQ ÜÇÜN ÇƏTİN YOLÇULUQ

Baxış sayı:
6385

Qərb Şeriadakı Fələstinlilər İsrailin törətdiyi çətinliklər və maneələrə baxmayaraq, Ramazan ayının üçüncü cümə namazını Məscid-i Aksada qılmaq üçün müxtəlif yollarla Qüdsə axın edir.
 
Ayrılıq Divarının Qərbi Şeria tərəfində qalan minlərlə Fələstinli, cümə namazını Məscid-i Aksada qılmaq xatirinə Qüdsə keçmək niyyəti ilə səhər saatlarından etibarən yola çıxırlar.
İşğal altındakı Qərbi Şeria ilə Qüds arasında 2003-cü ildə inşa edilən 5 metr hündürlüyündə beton divar boyu çox sayda İsrail hərbi nəzarət nöqtəsi yer alır.
İsrail, adi günlərdə xüsusi icazəsi olanlardan başqa, Qərb Şeriadakı Fələstinlilərin Qüdsə keçidinə icazə vermir. Mühasirə altındakı Qəzzada yaşayanların isə nə Qüdsə, nə də başqa bir yerə səyahət etmə azadlığı var.


 
MƏSCİD-İ AKSAYA GEDƏN ÇƏTİN YOL
 
Qərbi Şeriada yaşayanlardan xüsusi icazəsi olanlar nəzarət məntəqələrindən keçmək üçün uzun növbələrə durmaq məcburiyyətində qalırlar. İsrailin maneələri üzündən keçə bilməyənlər də Ayrılıq beton divarını aşaraq Məscid-i Aksaya getməyə cəhd edir.
İsrailin 12 ilə 40 yaş arası kişilərin Qüdsə girişinə qadağa qoyduğu üçün gənclər 5 metrlik Ayrılıq Divarını aşaraq şəhərə keçir.
Ayrılıq Divarının müxtəlif yerlərinə pilləkən qoyaraq dırmaşan gənclər, Məscid-i Aksada bir vaxt namaz qılmaq üçün çətin səfərə qatlanır. Bununla belə vaxtaşırı pilləkəndən yıxılaraq əzilmələr və ya İsrail əsgərlərinə yaxalanma təhlükəsi də yaşayırlar.
Müxalifət.az