Suriyada Rus döyüş VERTOLYOTU DÜŞDÜ
8-05-2018 08:37
Baxış sayı:
5185
Rusiya Müdafiə Nazirliyi, Suriyanın şərq bölgələrində planlı uçuş etdiyi zaman KA-52 döyüş vertolyotunun düşdüyünü bildirib. Açıqlamada, vertolyotun iki pilotunun həlak olduğu bildirilib.
Təyyarədə olan iki pilotun həyatını itirdiyi bildirilən açıqlamada, ilkin araşdırmalara görə, vertolyotun texniki bir qəza səbəbindən düşmüş ola biləcəyi qeyd edilib.
Müxalifət.az