​Lukaşenko İrəvana səsləndi: TƏLƏSMƏYİN!

Baxış sayı:
2857

Belarus Ermənistandakı daxili siyasi situasiyanın həllində yardıma hazırdır.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Erməni xalqına arzu edirəm ki, bu situasiyadan çox təsirlənməsinlər. Ona görə ki, hakimiyyəti dəyişmək asandır, amma sonra nəticə əldə etmək lazımdır. Xalq bunu gözləyəcək. Ermənistan Belarus üçün yad ölkə deyil. Bizim hər ikimiz Avrasiya İttifaqına üzvük”, – deyə o bildirib.