Ümid edirik ki, Rusiya dərs götürəcək - FRANSA
16-04-2018 09:08
Baxış sayı:
6070
Rusiyanın Bəşər Əsədi himayə etməsinə haqq qazandırmaq olmaz.
Muxalifət.az xəbər verir ki, bunu "Jurnal du Dimanşa" müsahibəsində Fransa Xarici İşlər naziri Jan İv Le Drian deyib.
"Əsədi məmnun edən zorakılıq sərhəd tanımır. Fransa, ABŞ və Britaniyanın birgə zərbəsindən sonra ümid edirəm ki, Rusiya Suriyadakı böhrandan çıxmaq üçün səylərin birləşdirilməsi gərəkdiyini anlayacaq. Siyasi həllə mane olan yalnız Əsəddir. Rusiya buna görə ona təzyiq etməlidir", - deyə o bildirib.