Prezident öz mobil nömrəsini kənd camaatına verdi

İnquşetiyanın başçısı Yunusbek Yevkurov Qafqazın ən böyük kəndlərindən birinin əhalisinə öz mobil nömrəsini verdi.

Bu barədə “Trend” RİA “Novosti”-yə istinadən xəbər verir.

Yevkurov əhalidən xahiş edib ki, onlar ona zəng deyil, məhz mesaj vasitəsi ilə müraciət etsinlər. Zənglərə cavab verə bilməyəcəyini bəri başdan söyləyib.

Başçı, həmçinin vurğulayıb ki, yaranan sualları onun köməkçisi də cavablandıracaq.