Dumada rus hərbi polisləri FƏALİYYƏTƏ BAŞLADI
12-04-2018 12:31
Baxış sayı:
3034
Rusiya hərbi polisi Suriyanın Duma şəhərində fəaliyyətə başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Nazirlikdən şəhərdəki vəziyyətin getdikcə normallaşmağa başladığı bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl Suriya hökuməti Şərqi Qutanın müxaliflərin nəzarətində olan Duma bölgəsində nəzarəti tamamilə ələ keçirdiyini açıqlamışdı.