Türkiyədə faciənin qarşısı alındı – 33 HƏBS
6-04-2018 17:48
Baxış sayı:
5155
Türkiyənin İstanbul şəhərində terror hücumuna hazırlaşdığı müəyyən edilən İŞİD üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib.
Muxalifət.az xəbər verir ki, İstanbul polisinin terrorla mübarizə dəstələri 10 mahalda 16 ünvana eyni zamanda basqın edib.
Əməliyyat nəticəsində 33 İŞİD üzvü yaxalanıb. Terrorçuların saxlandıqları ünvanlarda terror qruplaşmasına aid çox sayda sənəd aşkar edilərək götürülüb.