​PKK Türkiyə bazasını raketlə vurdu

Baxış sayı:
1039

PKK terror təşkilatı İraqdakı Kulika dağından Hakkarinin Çuxurca bölgəsindəki Türkiyə ordusunun hərbi bazasına raket zərbəsi endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Hücum nəticəsində 4 əsgər yaralanıb. Onlardan biri xəstəxanaya aparılan zaman şəhid olub. Hələlik hücum zamanı hansı raketdən istifadə edildiyinə dair araşdırma aparılır.