​Ruslar Krım tatarlarına HÜCUM ETDİ

Çexiyada ruslar ukraynayönlü fəallara hücum ediblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində ukraynalı fəal Sonya Pospişilova paylaşıb.
Hücum edən ruslar Krımın Rusiyaya məxsus olduğunu bildiriblər. Hücum edənlərdən iki nəfər isə fəalları təhdid edərək Krımda olduğu kimi onların olduğu ərazidə də nizam yaratmaq gücündə olduqlarını bildiriblər. Daha sonra isə fəallara qarşı müxtəlif söyüşlər işlədiblər.
Qeyd edək ki, fəalların qurduğu çadırda Krım tatarlarının bayrağı və Krım tatarlarının lideri Mustafa Cəmilovun fotoları asılıb.