Şimali Koreya Ağ evə HÜCUM EDƏCƏK

Şimali Koreyanın hücum üçün növbəti 15 hədəfi açıqlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın bir neçə ay əvvəl “sizi nüvə silahı ilə vurarıq” təhdidinin arxasındakı plan ortaya çıxıb.
İngiltərənin “Daily Mail” qəzetində yazılan məqalədə Şimali Koreyanın lideri Kim Çen Inın hücum etmək istədiyi ərazilər barədə məlumatlar yer alıb.
Məqalədə bildirilib ki, bununla bağlı Avropa Xarici Əlaqələr Komissiyasının məsləhətçiləri tərəfindən yeni bir hesabat hazırlanıb. Hesabatda bildirilir ki, Şimali Koreyanın hədəflərinə Ağ Ev, Manhetten və Tokio daxildir.
Şimali Koreya lideri Kim Çen Inın hücum etmək üçün 15 məntəqəni hədəf aldığı bildirilir. Bu məntəqələr arasında ABŞ və Yaponiya başda olmaqda, digər dövlətlərin də hökümət binası var.