Rusiyadan PYD açıqlaması: PKK Soçi KONQRESİNƏ DƏVƏT OLUNACAQMI?

Rusiya prezidentinin köməkçisi Uşakov, PKK/PYD-nin Suriya Milli Dialoq Konqresinə dəvət edilib, edilməyəcəyi məsələsinin çərşənbə günü Soçidə baş tutacaq üçlü zirvədə müzakirə olunacağını bildirib
 
Jurnalistlərin Suriya Milli Dialoq Konqresinin tarixinin müəyyən olunub, olunmadığı barədə sualına cavab verən Uşakov "Yox, müəyyən olunmayıb" deyə, cavab verib.
PKK/PYD-nin Konqresdə iştirak etmə məsələsinə toxunan Uşakov, məsələnin Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin çərşənbə günü Soçidə keçirəcəyi görüşdə müzakirə olunacağını deyib.
Uşakov bütün bu məsələlərin müzakirə olunacağını, eyni zamanda Suriyada sabitlik məsələsi ilə bağlı sammitdə hərbi rəsmilərin də iştirak edəcəyi məlumatını verib.
Uşakovun PKK/PYD-nin Konqresə dəvəti ilə bağlı birmənalı danışmaması müəyyən suallar yaratsa da, Türkiyə prezidentinin bu msələdə son sözünü dediyi bəllidir və bunun dəvət məsələsində həlledici olacağı ehtimalı böyükdür. Xatirinizdədirsə, Türkiyənin prezidenti Ərdoğan "Türkiyə olaraq biz, terror təşkilatlarının olduğu stolda qətiyyən olmuruq. Bu, Cenevrə üçün də, Astana üçün də keçərlidir. Buralara bir terror təşkilatının qoşulmasını qəbul edə bilmərik.” deyə, birmənalı mövqe nümayiş etdirmişdi.
Müxalifət.az