Rusiya ordusundan “İsgəndər”ləri çıxarır
18-11-2017 12:47
Rusiya ordusunun silahlanmasında olan artilleriya kompleksləri modernizasiya hesabına 2030-cu ilə qədər ordunun silahlanmasında qalacaq.
Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində Rusiya Müdafiə Nazirliyinin Raket və Artilleriya Qüvvələrinin komandanı Mixail Matveyevski söyləyib. Onun sözlərinə görə, hazırda Rusiya ordusunda İsgəndər-M raket kompleksləri, “Msta” özüyeriyan haubitsaları, “Xrizantema” tank əleyhinə raket kompleksləri modernləşdirilib.
O, modernizasiya sayəsində bu komplekslərin döyüş potensialının artırıldığını bildirib.