Hariri tezliklə Beyruta qayıdacağını bildirib

Həriri ölkəni təhlükəsizlik məqsədi ilə tərk etdiyini təsdiqləyib
 
Livanın baş naziri Saad Həriri bir neçə gündən sonra Beyruta qayıdacağını bildirib.
TASS xəbər verir ki, o bunu "Əl-Mustəkbəl" telekanalının canlı efiri zamanı deyib.
"Mən respublika prezidentinə istefa barədə rəsmi ərizə təqdim etmək üçün Beyruta gələcəyəm", - deyə o əlavə edib.
Həriri ölkəni təhlükəsizlik məqsədi ilə tərk etdiyini təsdiqləyib.