Səudiyyədə 24 saatda İKİ ŞAHZADƏ ÖLDÜRÜLDÜ
7-11-2017 10:47

Ər-Riyadda Vəliəhd Şahzadə Muhəmməd bin Salmanın ailə içi hesablaşmasından sonra keçən 24 saata iki şahzadə öldü.
11 Şahzadənin nəzarətə alınmasından sonra, Kral Salman oğlu Muhəmmədin hakimiyyət içi hesablaşmada mümkün rəqiblərindən olan Şahzadə Mansur şübhəli bir helikopter qəzasında öldü. Şahzadə Muhəmməd, Mənsurun atası Şahzadə Mukrini ziyarət edib və başsağlığı verib.
Şahzadənin ölüm xəbərindən bir neçə saat sonra Keçmiş Kral Fəhdin oğlu Şahzadə Əbdüləziz bin Fəhdin, onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə qorumaları arasında çıxan qarşıdurma zamanı öldürüldüyü irəli sürüldü. Şahzadə 2005-ci ildə 82 yaşında həyatını itirən Kral Fəhdin ən sevdiyi oğlu kimi tanınırdı.
Müxalifət.az