Oktyabrda 60 nəfər yol qəzasında ölüb
1-11-2017 19:44

Oktyabr ayında respublikanın avtomobil yollarında 121 yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 60 nəfər ölüb, 185 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.