Paytaxtda piyadanı maşın vuraraq öldürdü
28-10-2017 12:15

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 27-də saat 19 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Camal Bəşirovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.