“Kalaşnikov” jurnalistlərə silah satışına endirim etdi
26-10-2017 19:26

Rusiyanın "Kalaşnikov" konserninin istehsalı olan MP-80 travmatik tapançası jurnalistlərə 10 faiz endirimlə satılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə konsernin rəsmi saytında informasiya yayılıb.
“Kalaşnikov” konserni bundan əlavə özünümüdafiə məsələləri üzrə jurnalistlərə məsləhət verməyə hazır olduğunu elan edib. Həmçinin jurnalistlərin arayış təqdim edəcəkləri halda endirim əldə edə biləcəkləri bildirilib.
Qeyd edək ki, “Novaya qazeta”nın redaktor müavini Tatyana Felgenhauerə hücumdan sonra redaksiya əməkdaşlarını pnevmatik tapança ilə təmin edəcəyini açıqlayıb.