Bərzaniyə daha bir zərbə: daxildən devirəcəklər - GORAN MÜXALİFƏT KOMİTƏSİ QURDU

Hurriyyet.org xəbər verir ki, Bərzaniyə üst-üstə bəd xəbərlər gəlməkdədir. İraq Kürd Regional İdarəsində (İKRİ) başda güclü müxalifət hərəkatı Goran (“dəyişiklik” mənasını verir) olmaqla, bir neçə partiya Məsud Bərzaninin idarəsinin dağıdılmasını və milli qurtuluş hökumətinin qurulmasını tələb ediblər.
İraq Kürd Regional İdarəsi parlamenti dünən 1 noyabrda keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərini 8 ay təxirə salmaq qərarı vermişdi.
Regionda ana müxalifət olan Goran hərəkatı, Komel (İslam cəmiyyəti) partiyası və (KYB-nin (Kürdüstan Yurdsevərlər Birliyi) baş katibinin keçmiş müavini) Berhem Salihin lideri olduğu “Demokratiya və Ədalət naminə koalisya” təşkilatı 5 maddədən ibarət birgə bəyanat veriblər.
“Bərzani idarəsini devirin”
Goran hərəkatının icra şurasının üzvü Məhəmməd Tofik Rahim deyib: “Hərəkatımız Kürdüstan İslam Qrupu və Behram Salihin başçılıq etdiyi Demokratiya və Ədalət İttifaqı ilə yol xəritəsinin hazırlanması məsələsində razılaşma əldə edib. Yol xəritəsinə daxil olan 5 maddədən
ən mühümü İKRİ-nin prezidentlik idarəsinin dağıdılması və qurtuluş hökumətinin qurulmasıdır”.
Bərzani iqtidarını mövcud böhranın öhdəsindən gəlmək üçün məqbul bir həll yolu tapa bilməməkdə ittiham edən Rahim deyib: “Böhrandan qəbul olunan bir çıxış yolunun tapılması üçün müvəqqəti milli qurtuluş hökumətinin qurulmasının lazım olduğu istiqamətində digər bütün tərəf və partiyaları razı salmaq vəzifəsini yerinə yetirəcək komitəni qurduq”.