KÜRDLƏR Azərbaycan şəhərində daha iki MƏKTƏBƏ HÜCUM ETDI

Urmiyanın İslamabad məhəlləsində radikal kürd dəstələrinə mənsub olduğu ehtimal edilən şəxslər daha iki məktəbə hücum edib.
Bu barədə Urmiya prokuroru Mustafa Həbibi məlumat yayıb. O bildirib ki, hücum edən şəxslərdən bəziləri saxlanılıb:
“İslamabad məntəqəsində yerləşən məktəbin önündə valdeynlərin toplaşdığı barədə məlumat aldıq. Budan sonra mən və bir sıra digər məsullar hadisə yerinə getdik. Biz şagirdlərin valdeynlərini səbirli olmağa çağırdıq, bu işin qanuni yolla həll ediləcəyini bildirdik. Budan sonra həmin valdeynlər və onlara dəstək verən ətrafdakı insanlar sakitləşərək dağılışdılar. Lakin bu arada bəziləri əhalini təhrik etməyə çalışdı, hətta onlardan bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı”.
Prokuror qeyd edib ki, əhalinin etirazına səbəb olan məktəb gözətçisi də məhkəmə hökmü ilə saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 23-nə keçən gecə Urmiyanın İslamabad məhəlləsində qız məktəbi yerli əhalinin hücumuna məruz qalıb. Buna səbəb kimi məktəb gözətçisinin qız şagirdə qarşı əxlaqsız hərəkətə cəhdi göstərilib.
Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib